İdman

Dünya Taekvondo Federasiyası Putinlə bağlı qərar qəbul etdi — FOTO

Dünya Taekvondo Federasiyası Putinlə bağlı qərar qəbul etdi — FOTO

Dünya Taekvondo Federasiyası (DTF) Rusiya prezidenti Vladimir Putinə verilmiş fəxri 9-cu dan qara kəməri geri götürmək qərarına gəlib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Dünya Taekvondo Federasiyasının bəyanatında qeyd olunub.

"Ukraynada günahsız insanların həyatına edilən vəhşi hücumları qəti şəkildə pisləyirik" - deyə bəyanatda bildirilir.

Taekvondo idman növü üzrə ali qurum olan DTF, “Sülh zəfərdən daha qiymətlidir” şüarını rəhbər tutaraq belə qərar qəbul edib.

Qeyd edək ki, Dünya Taekvondo Federasiyası V.Putinə 2013-cü ilin noyabrında fəxri 9-cu dan qara kəməri vermişdi.

Zamiq Demokrat.az

D
demokrat.az