Gündəm

İlham Əliyev və Putin telefonla danışdılar

İlham Əliyev və Putin telefonla danışdılar

Azərbaycan Prezidenti İlham Əliyev vəRusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Demokrat.azxəbər verir ki, bubarədəKremlin mətbuat xidməti məlumat yayıb.

"Fevralın 22-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-Azərbaycan danışıqlarının davamı olaraq Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunub.

Eyni zamanda, liderlərin söhbətində Ukraynadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Demokrat.az

D
demokrat.az