Gündəm

NATO Ukraynaya “siyasi və praktiki dəstəyi” davam etdirməyə söz verdi

NATO Ukraynaya “siyasi və praktiki dəstəyi” davam etdirməyə söz verdi

NATO ölkələri liderləri Ukraynaya “siyasi və praktiki dəstəyi” davam etdirəcəklərinə söz verib və digər ölkələri də eyni addımı atmağa çağırıblar.

Demokrat.az-ınməlumatına görə, bu barədə alyansın müttəfiq ölkələrinin başçılarının zirvə toplantısının yekunlarına dair verilən bəyanatda deyilib.

"Biz, Ukrayna özünü müdafiə etməyə davam etdiyi üçün ona siyasi və praktiki dəstək verməyə davam edəcəyik və başqalarını da eyni addımı atmağa təşviq edirik", - deyə bəyanatda qeyd olunub.

NATO-ya üzv ölkələri Ukraynanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri, o cümlədən ərazi suları daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəylərini bir daha təsdiqləyiblər: "Bu fundamental mövqe heç vaxt dəyişməyəcək".

D
demokrat.az