Gündəm

Britaniya Rusiyaya qarşı ilk sərt sanksiyalarını açıqladı

Britaniya Rusiyaya qarşı ilk sərt sanksiyalarını açıqladı

Britaniya krallıq ərazisində Rusiyanın VTB bankına məxsus bütün aktivləri dondurur.

Demokrat.az bildirir ki, bunu ölkənin Baş naziri Boris Conson bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya vətəndaşlarının Britaniya banklarındakı əmanətlərinin həcminə məhdudiyyətlər qoyulur.

Bununla yanaşı, hökumət başçısı Rusiyanın “Aeroflot” şirkətinə qarşı da sanksiyalar tətbiq edildiyini açıqlayıb. O, Hava Yolları şirkətinə məxsus aviareyslərin Britaniyaya uçuşunun qadağan edildiyini bəyan edib.

Həmçinin, Britaniya Rusiyaya yüksəktexoloji məhsulların ixracına da qadağa qoyub.

Demokrat.az

D
demokrat.az