Azərbaycan Triatlon Federasiyası (ATF) Zəngilanın Ağalı kəndində duatlon üzrə Qarabağ Xatirə Turniri keçirəcək.
Demokrat.az xəbər verir ki, bu barədə ATF-nin prezidenti Elçin Əliyev qurumun açıq konfransında açıqlama verib.
Onun sözlərinə görə, tədbir 27 sentyabr - Anım Gününə həsr olunacaq. Bu məqsədlə E.Əliyev kənddə göl yaradılacağını açıqlayıb.
Federasiya prezidenti tədbirdə qurumun inkişaf strategiyasını da təqdim edib. Əliyev peşəkar, yüksək nəticə göstərən idmançılarla 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında geniş tərkibdə çıxış etməyə çalışacaqlarını bildirib. O, Paris-2024-də isə Rostislav Pevtsovla təmsil olunmağı hədəflədiklərini söyləyib.
Daha sonra E.Əliyev qurum rəhbərliyini və idmançılar heyətini təqdim edib.(report.az)


