“Əslində, son günlər gedən proseslər kiçik də olsa, müharibənin olacağını dəlalət edirdi. Rusiya rəsmi şəkildə həm Donbası, həm də Luqanskı tanıyandan sonra bu proses bir növ sürətləndi”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq qeyd edib ki, istər-istəməz Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün bu addımı atmalı idi:
“Amma iş ondadır ki, bu, Rusiyaya daha çox sərf edən bir variantdır. Çünki məsələ ondadır ki, “DNR” və LNR” respublikalarına ABŞ-ın mövqeyi anlaşılan olmadı. Bayden 20 dəqiqə danışdı, o dəqiqələrdə isə ağıllı bir söz demədi. Onların Rusiyaya qarşı sanksiyaları da həddən artıq gülməli idi. Yəni, əgər bunları tanımırsınızsa, niyə siz həmin bəyanatda “DNR” və LNR” ərazilərinə investisiya qoyulmasın, gedilməsin, gəlməsin, bunlarla hər hansı bir iqtisadi əlaqə olmasın. Bu, əgər rəsmi tanıma deyilsə, nədir? Yəni, ən azı separatizm məsələsini gündəmə gətirməli idilər. Görünən odur ki, hal-hazırda baş verən proseslər qısa müddətli də olsa müharibənin qaçılmaz olduğunu göstərir”.
Politoloq qeyd edib ki, hazırda Rusiyanın daxili problemləri də və buna görə də, o, diqqəti Rusiya-Ukrayna cəbhəsinə yönəltməklə, həmin problemləri bir növ gündəmdən çıxarmış oldu: “Heç də təsadüfü deyil ki, müharibə başlamamışdan bir neçə saat öncə Azərbaycanın ikitərəfli tərəfdaşlıqla bağlı bəyannamə imzaladı. Bu, bəyannamə indiki vaxtda Azərbaycan üçün çox lazımlı bir sənəddir. Müxtəlif cür yanaşmalar ola bilər, bu təbiidir. Amma dövlətin maraqları çərçivəsində imzalanmış bu bəyanat Azərbaycanın həm suverenliyinə, həm ərazi bütövlüyünə, həm sərhədlərin tanınmasına, həm də Xəzərlə bağlı məsələlərə birmənalı şəkildə Azərbaycana çox kömək etdi, edəcək də. Həm də Azərbaycan öz siyasi suverenliyini tam zəmanət altına aldı və bunu məsuliyyətlə demək olar”.
Müsahibimizin fikrincə, Rusiyanın Ukrayna ilə bu münaqişəsi uzun müddət çəkəcək və nəticədə Rusiya zəifləyəcək:
“Çünki Rusiya iqtisadi cəhətdən kifayət qədər problemi olan bir dövlətdir. Resursları heç yarım trilyon deyil. 3 trilyondan çox dollar vəsait çıxarılıb. Yəni, görünən odur ki, Rusiyanın Avropada olan vəsaitlərindən İngiltərə, Fransa, İsveçr, Avstriya kimi bu tip ölkələr yararlanacaqlar. Əslində, onlara da maraqlıdır ki, Rusiya-Ukrayna müharibəsi olsun. Çünki, bunlar heç bir xətt çəkmədən ora aparılmış vəsaitlərdən yaralansınlar. Ona görə də, onların Rusiyaya qarşı verdikləri sanksiyalar da bir qədər siyasi və iqtisadi yükünə görə gülməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


