Gündəm

Deputat: “Moskva Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq”

Deputat: “Moskva Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq”

“Əslində hamıya aydındır ki, Cənubi Qafqazda Rusiya Federasiyasının iştirakı olmadan sülh və sabitlikdən danışmaq olmaz. Bu, bir geostrateji reallıqdır”.

Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan və Rusiya arasında ötən gün imzalanan Moskva Bəyannaməsini şərh edərkən deyib. Deputat bildirib ki, belə olan halda yalnız praqmatik və rasional siyasi qərarlar qəbul etməklə uzunmüddətli sülhə nail olmaq olar:

Deputat: “Moskva Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq”

“Əslində Azərbaycan Cənubi Qafqazın ən böyük və uzunmüddətli münaqişəsinə son qoymaqla, sülh və əməkdaşlıq üçün yaxşı prerspektivlər yaradıb. Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət kəsb edib və nəticə etibarilə 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı zəmanətçi funksiyasını üzərinə götürüb. Hazırda isə yeni yaranan qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımların atılmasını, sülh və təhlükəsizlik üçün yeni siyasi qərarların qəbul edilməsini şərtləndirib. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik haqqında bəyannamənin imzalanması hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır. Təqribən 40 maddədən ibarət olan və hərbi-siyasi və sosial iqtisadi, eyni zamanda humanitar sahələri əhatə edəcək belə bir mühüm sənədin imzalanması V.Putinin də dediyi kimi Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq”.

Millət vəkilinin sözlərinə görə, bunu hərbi-siyasi və geostrateji kontekstə yeni tarixi mərhələ kimi səciyyələmdirmək olar:

”Hər şeydən öncə ona görə ki, bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbaycanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək və regional inteqrasiyanı dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə hazırki mürəkkəb tarixi şəraitdə milli təhlükəsiziyimizi təmin etmənin ən yaxşı yoludur. Bu sənəd bütün hallarda ərazi bütövlüyünü, müstəqillik, bərabərhüquqlu tərəfdaşlıq və bu prinsiplərin beynəlxalq hüquq, o cümlədən BMT nizamnaməsi ilə tanınan bütün əsaslarını qarşılıqlı şəkildə qəbul edir. İkincisi, blok iqtisadi - sosial və humanitar sahədə əməkdaşlığın daha da dərinləşməsi və inteqrasiyaını təmin etmək üçün əsas yaradır. Üçüncü qruplaşma hərbi-texniki əməkdaşlıq sahəsini əhatə edir. Dördüncü blok maddələr Xəzər hövzəsində əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qorunması və bu sahədə imzalanmış sənədlərin yaratdığı öhdəçiliklərin yerinə gtirliməsinin vacibliyini qeyd edir .Beşinci qrup maddələr yeni reallığın yaranmasında Rusiyanın oynadığı mühüm rolu təsbit etməklə 10 noyabr 2020 , 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdə razılaşdırılmış müdəaların yerinə gətirilməsinin vacibliyini qeyd edir .Yeni və müttəfiqlik anlayışının məzmunu baxımından ən əhəmiyyətli məsələlər isə 4 , 6 ,7 və 11-ci maddələrdə öz əksini tapır ki ,bunlar Rusiya –Azzərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran əsas maddələrdir. 11-ci maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alması öhdəçiliyi götürməsi qarşılıqlı şəkildə iki dövlətin bir-birinə verdiyi təhlükəsizlik təminatı kimi çıxış edir ki, bu müddəaların hər biri iki dövlət üçün də əhəmiyyət kəsb edir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az