Gündəm

ABŞ Ukrayna prezidentini Kiyevi tərk edib Lvova yerləşməyə çağırıb

ABŞ Ukrayna prezidentini Kiyevi tərk edib Lvova yerləşməyə çağırıb

ABŞ Ukrayna prezidenti Volodimir Zelenskini paytaxt Kiyevi tərk edib təhlükəsizlik nöqteyi-nəzərindən ölkənin qərbindəki Lvov şəhərinə yerləşməyə çağırıb. Bu barədə fevralın 22-də ABC telekanalı öz mənbələrinə istinadən bildirir.

Bundan əvvəl NBC telekanalının şərhçisi Riçard Endjel də ABŞ administrasiyasının Ukrayna prezidentinin “Rusiyanın hərbi müdaxiləsi təhlükəsi qarşısında” Lvova yerləşməsini müzakirə etdiyini bildirib. Situasiya ilə tanış olan iki mənbə bu haqda deyib ki, plana əsasən Rusiya Donbassla kifayətlənməyib Ukraynanın içərilərinə doğru irəliləsə Zelenski Lvova getməlidir.

Zelenskinin mətbuat katibi isə bildirib ki, Ukrayna və ABŞ prezidentləri arasında son telefon danışığı zamanı onun Kiyevdən Lvova mümkün gedişi müzakirə olunmayıb. Mətbuat katibi belə müzakirələrin daha aşağı ranqlı məmurlar arasında aparılması barədə heç nə bilmədiyini deyib.

Demokrat.az

D
demokrat.az