Sosial

Salyanda Vətən Müharibəsi şəhidinin doğum günü qeyd edildi — FOTOLAR

Salyanda Vətən Müharibəsi şəhidinin doğum günü qeyd edildi — FOTOLAR

Bu gün Vətən Müharibəsi şəhidi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Səfa Yenişar oğlu Qaraxanovun cənnətdə doğum günüdür.

Demokrat.az xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, rayon ictimaiyyətinin nümayəndələri, kənd əhalisi, şəhid qohumları, şəhid valideynləri və şəhidin ailə üzvləri Xalac kənd qəbiristanlığında Vətən Müharibəsi Şəhidi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Səfa Yenişar oğlu Qaraxanovun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Məmməd Demokrat.az

D
demokrat.az