Dünya

Təbrizdə qırıcı təyyarə məktəbə çırpıldı — Ölənlər var

Təbrizdə qırıcı təyyarə məktəbə çırpıldı — Ölənlər var

İranda qırıcı təyyarə qəzaya uğrayıb.

Tasnim agentliyi xəbər verir ki, qəza Təbriz şəhərində baş verib. Qırıcı təyyarə məktəbin divarına çırpılıb.

Baş verən təyyarə qəzasında 3 nəfər ölüb. Qəzada iki pilot və bir nəfər mülki şəxs həlak olub.

Ehtimal olunur ki, pilot təyyarənin yaşayış məntəqəsinə düşdüyünü bildiyi üçün katapultadan istifadə etməyib və son ana qədər təyyarəni yaşayış sahəsindən kənarlaşdırmağa çalışıb.

Zaur Demokrat.az

D
demokrat.az