Sosial

Evdən kişi meyiti tapıldı

Evdən kişi meyiti tapıldı

Ağcəbədidə evdə meyit aşkar edilib.

Demokrat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcabədi şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Arzu Demokrat.az

D
demokrat.az