Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan təhdid edildiyini bildirib.
Pravda.az-ın xəbərinə görə, o, təhdidin Abşeron Rayon Statistika İdarəsinin əməkdaşı tərəfindən edildiyini qeyd edib.
“Abşeron Statistika Komitəsindən Behbudov soyadlı şəxs zəng edərək rəhbərləri Təvəkkül adlı şəxsin adı ilə məni müxtəlif bəhanələrlə təhdid etdi. Nəhayət sonda Ramiz Mehdiyev haqda yazdığım yazını silməyimi, əks halda yaxın vaxtda xoşagəlməz hadisələrlə qarşılaşacağımı bildirdi” – T.İrfan qeyd edib.
İdarə ilə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb. Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Qeyd: Milli Cəbhə Partiyasının sədri deputat Razi Nurullayevdir.
Demokrat.az


