Gündəm

Tahir Kərimli: “Hər şeyə tarix qiymət verəcək, o zaman artıq gec olacaq”

Tahir Kərimli: “Hər şeyə tarix qiymət verəcək, o zaman artıq gec olacaq”

“Sosial şəbəkədə yayılan çıxışım gənclərə vəsiyyətimdir. Real edam təhlükəsi qarşısında özümü iki dəqiqə ərzində son söz demək üçün vaxtı olan şəxs kimi hiss edərək, içimdəki milli ruhu gənclərin qəlbinə ötürmək istədim. Bununla sonrakı nəsillərimizin hansı istiqamətdə fəaliyyət göstərməli olduğunu və yaradılacaq maneələrin yalnız bu milli ruhla aşıla və qarşıya qoyulmuş hədəfə çata biləcəyimizi ümumiləşdirilmiş formada çatdırmağa çalışdım. Bu mənim təbii duyğularım idi, burada süni pafos axtaranları qərəzli və ya duyğusuz hesab edirəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

T.Kərimli 1993-cü ildə Parlamentəki çıxışını mənfi rənglərlə çatdıranlara da cavab verib: “Həmin çıxışım da Milli xalq hakimiyyətinin xilası naminə içımdə yaranmış vulkanın püskürməsi, hayqırtım idi. Lakin onda da indiki kimi başa düşülmədən bu tarixi missiyanı yerinə yetirmək mümkün olmadı. Hər şeyə tarix qiymət verəcək, əlbəttə ki, o zaman artıq gec olacaq. Xahiş edirəm, bir müddət imkan olsa, sakit qalmaq istəyimi başa düşərək, mənə müraciət olunmasın”.

Demokrat.az

D
demokrat.az