“Hər zaman görüşlərdə, müraciətləri cavablandıranda vurğulamışıq ki, hər bir vətəndaşımız yalnız qaydalar və mövcud qanunvericiliyin tələblərinə əməl edərək işğaldan azadolunmuş ərazilərə səfər edə bilər”.
Yenisabah.azxəbər verir ki, bunu Füzulinin deputatıVüqar Bayramovtanınmış müğənni Manaf Ağayevin işğaldan azad olunmuş bölgələrə qanunsuz səfərinə münasibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, müəyyənləşdirilmiş qaydalar hər kəs üçündür vəvətəndaşlarımız qaydalara əməl etməlidirlər:
“Bizə işğaldan azad olunmuş ərazilərimizə səfərlərlə bağlı mütəmadi müraciətlər daxil olur. Keçmiş məcburi köçkünlər tezliklə işğaldan azad olunmuş kənd və şəhərlərə getmək, öz ata-baba yurdlarını görmək istəyirlər. Vətəndaşlarımızın qaydalar çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər etməsi vacibdir. Yalnız qaydalara əməl etməklə səfərlərin təşkili həyata keçirilməlidir.
Artıq Şuşa və Ağdama avtobus reysləritəşkil olunur. Gələcəkdə isə bu coğrafiya genişlənəcək. Minadan təmizlənmə davam etdikcə, təhlükəsizlik qaydalarına əməl edilərək, belə marşrutlarıngenişlənəcəyi gözlənilir. Bu da imkan verəcək ki, daha çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərə səfər edib, ora ilə tanış ola bilsinlər. Təbii ki, hər birimizin yalnız qaydalar çərçivəsində həmin ərazilərə getməsi vacibdir.Son hadisə ondan xəbər verir ki, birmənalı şəkildə bu qaydalar və qanunvericiliyin tələbləri hər kəs üçün eynidir”.
Qeyd edək ki, bu yaxınlardamüğənni Manaf Ağayevişğaldan azad olunmuşFüzuli rayonuna qanunsuz səfər edib. Sənətçinin sosial şəbəkələrdə yayılan videosu geniş müzakirə obyektinə çevrilib.Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq qanunları heçə sayanmüğənnini məsuliyyətə cəlb edib.
Bu gün məhkəmə qarşısına çıxarılan Manaf Ağayev və dostu, iş adamı Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasındaməhkum olunublar. Modern.az


