Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə veriləcək.
Demokrat.az teleqraf-a istinadla xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş İdarə Heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.
Eyni zamanda YAP-ın Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.
Qeyd edək ki, Veteranlar Şurasının hazırki sədri Arif Rəhimzadədir.


