Gündəm

Politoloq: “Rusiya sülhməramlıları iki ölkə arasında əlaqələrin normallaşmasında heç bir iş görməyib”

Politoloq: “Rusiya sülhməramlıları iki ölkə arasında əlaqələrin normallaşmasında heç bir iş görməyib”

“Bir ildən çoxdur ki, rus sülhməramlıları Qarabağ ərazisindədir. Onların Azərbaycanda fəaliyyəti bir çox mənfi və müsbət cəhətlərlə yadda qalıb”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib. Politoloq soz zamanlar separatçıların sakit dayanmadıqlarını vurğulayıb:

“Bildiyimiz kimi, rus sülhməramlıları Azərbaycan maşınlarının giriş-çıxışında problemlər yaradırlar. Həmçinin, Kəlbəcər, Tərtər istiqamətində ermənilərin tez-tez atəşkəsi pozduqlarına da şahid oluruq. Sülhməramlıların Azərbaycanı qane etməyən əsas fəaliyyətlərdən biri də Qarabağ ərazisində yerləşən erməni silahlılarının bu günə qədər oradan çıxarılmamasıdır. Ermənilərin yeni səngərlər qazması da faktdır”.

Ekspert qeyd edib ki, indiyədək sülhməramlılar iki ölkə arasında əlaqələrin normallaşmasında heç bir iş görməyib: “İki tərəf arasında sabitliyi qorumaq sülhməramlıların əsas prioritetidir. Lakin görünənlərə əsasən sülhməramlılar öz missiyalarını tam yerinə yetirmirlər. Digər önəmli məqam sülhməramlıların özləri üçün yaratdığı şəraitdir. Müvəqqəti fəaliyyət göstərən sülhməramlıların özləri üçün yaratdıqları bu qədər şərait lazımsızdır. Çünki onlar müvəqqəti qaldıqlarını unutmamalıdırlar. Son zamanlar Azərbaycanla Ermənistan arasında əlaqələrdə müəyyən qədər irəliləyişlər var. Hesab edirəm ki, 2025-ci ildən sonra rus sülhməramlıların fəaliyyətinin uzadılmasına heç bir lüzum yoxdur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az