“Deputat həmkarım Tahir Kərimli ilə gün ərzində əlaqə yaratmağa çalışdım. Təəssüflər olsun ki, telefonu sönülü olduğu üçün bu, mümkün olmadı”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, bu cür halların baş verməsi təəssüf doğurur: “Tahir müəllim özü mətbuata açıqlamasında bu faktı təsdiqləyib. Təbii ki, hüquq-mühafizə orqanları bu məsələni ciddi şəkildə araşdıracaq. Təbii ki, onun səhhəti, durumu hər birimizi narahat edir”.
Xatırladaq ki, deputat Tahir Kərimli "əjdaha" ilə videosunu paylaşıb və ölümlə təhdid oldunduğunu deyib. Məsələnin təfərrüatı ilə bağlı deputat “Baku Tv”yə açıqlama verib. O açıqlamasında bildirib ki, evinin qapısının açar yerinə bükülmüş “zapiska” qoyulub: “Düşündüm ki, bu, supulu, işıqpulu qəbzidir. Baxdım ki, burada kiril əlifbası ilə yazılıb ki, “səni udacaq əjdaha....” Adamın adı və Moskva ünvanı da yazılıb”.
Aynurə Pənahqızı Demokrat.az


