Mətbuatda AMEA-nın prezidenti Ramiz Mehdiyevin istefa ərizəsini yazıb yekunlaşdırdığı yayılıb. İstefa ərizəsinin bu gün təqdim ediləcəyi bildirilib . Qurumun vitse-prezidenti, akademik İsa Həbibbəyli açıqlamasında bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən - fevralın 16-da işə çıxıb.
Məsələ ilə bağlı Demokrat.az sabiq deputat, AMEA-nın İşlər idarəsində müdir işləmiş Elton Məmmədovla əlaqə saxlayıb.
"O, istefa ərizəsinin təqdim edilməsi ilə bağlı hər hansı məlumata sahib olmadığını diqqətə çatdırıb: “Bu işlərin içərisində deyiləm. Ona görə də, bu məsələ ilə bağlı dəqiq məlumatım yoxdur".
Aynurə Pənahqızı Demokrat.az


