Gündəm

"Müəllimin az maaş almağının cəzasını şagirdlər çəkməli deyil” — Ekspertlər danışdılar

Müəllimin az maaş almağının cəzasını şagirdlər çəkməli deyil” — Ekspertlər danışdılar

Son vaxtlar orta məktəblərdə direktorların müəllimləri təhqir etməsi, müəllimlərlə şagirdlər arasında bir sıra gərginliyin yaşandığının şahidi oluruq. Sosial şəbəkələrdə isə günbəgün şagirdlərin sinif otaqlarında müəllimi saymadan etdikləri tərbiyəsizlik və digər xoşagəlməz halları göstərən videogörüntülər paylaşılır. Bir çox ekspertlər hesab edir ki, belə məsələlərdə şagirdi vuran, tənbeh edən müəllimə və direktora töhmət verilməsi kimi addımların atılması düzgün deyil. Çünki ilk növbədə müəllimin statusu yüksəldilməlidir ki, təhsilimizdə baş verən bu cür neqativ hallar aradan qaldırılsın. Maraqlıdır, təhsil sistemində yaranmış nizamsızlıq nə ilə bağlıdır? Bunun qarşısı necə alınmalıdır?

Demokrat.az mövcud durumla bağlı ekspertlərin rəyini öyrənib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, bu problemlərin aradan qaldırılması üçün təhsilimizə olan baxışımızı tamamilə dəyişməliyik. Deputat hesab edir ki, təhsil müəssisələrində baş verən neqativ halların bir çox səbəbləri var:

Müəllimin az maaş almağının cəzasını şagirdlər çəkməli deyil” — Ekspertlər danışdılar

“Bu səbəblər həm ailələrdən, həm də məktəblərdə qaynaqlanır. Bu, birmənalıdır ki, zor və gücün tətbiqi heç bir müsbət effekt vermir. Qabaqkı dövrdə döymək, cəzalandırmaq, tutaq ki, müəyyən prosesə təkan verirdisə, yəni şagirdləri daha məsuliyyətli edirdisə, indi elə deyil. İndi müəllimlər uşaqlara, eləcə də məktəb direktorları uşaqlara öz övladları kimi yanaşmalıdırlar. Onlar arasında qarşılıqlı sevgi və hörmət olmalıdır. Bu, çox vacib məsələdir. Əlbəttə, zaman-zaman xoşagəlməz hadisələr olub, olacaq da. Çünki burada böyük kontingentdən söhbət gedir, çoxsaylı kütlədən, şagirddən, müəllimdən, direktordan söhbət gedir. Bu baxımdan hesab edirəm ki, münasibətləri qarşılıqlı hörmət, ünsiyyət əsasında qura bilsək, bizim müsbət nəticələrimiz daha çox olacaq və effektiv olacaq. Birmənalı olaraq, sərt cəzaların tətbiqi, şiddət yolverilməzdir. Kommunikasiya olmalıdır, normal münasibətlər qurulmalıdır, hörmət olmalıdır. Elə olan halda biz istədiyimiz nəticələri əldə edə biləcəyik və daha uğurlu bir təhsil mühitini, təhsil sistemini qura biləcəyik. Bu gün də bu istiqamətdə qarşıya qoyulan hədəf və məqsədlər buna doğru olmalıdır. Qaldı ki, digər məsələlərə hesab edirəm ki, məktəblərdə təhsillə bağlı şagirdlərin istirahəti üçün də müəyyən şərait, imkanlar yaradılmalıdır ki, onlar enerjilərini daha səmərəli yerlərə xərcləsinlər”.

Təhsil eksperti Kamran Əsədov aqressiyanın ailədən qaynaqlandığını və ardınca orta məktəbdə inkişaf etdiyin vurğulayıb. Ekspert qeyd edib ki, təhsilin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır:

Müəllimin az maaş almağının cəzasını şagirdlər çəkməli deyil” — Ekspertlər danışdılar
Müəllimin az maaş almağının cəzasını şagirdlər çəkməli deyil” — Ekspertlər danışdılar

“Ümumiyyətlə, cəmiyyət, aqressiya insanları öz ağuşuna alıb. Təhsildəki aqressiya da şagird – müəllim münasibətlərinə mənfi təsir göstərir. Ümumiyyətlə, müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Artıq məktəbdə də böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra, onun yavaş-yavaş əhatə dairəsi genişlənir. İbtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir. Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzunu günü-gündən aktuallaşır. Nəzərə almaq lazımdır ki, heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ ola bilməz. Belə bir məsələdə hüquqi bazanın zəif olması bəhanəsinin arxasında gizlənmək vicdansızlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mən tərəfdarıyam ki, hər kəs öz vəzifə səlahiyyəti çərçivəsində nə isə etməyə çalışsın. Aydın məsələdir ki, orta məktəb müəlliminin nə qanunu dəyişmək, nə də yeni bir proqram həyata keçirmək səlahiyyəti yoxdur. Məktəbdə aqressiya məsələsində orta məktəb müəllimlərinin istisnasız hər birinin mənəvi və vəzifə öhdəlikləri var. Hər zaman və hər yerdə səsləndirilən “maaşımız azdır” arqumenti burada qətiyyən keçmir. Bu öhdəliklər maaşın azalıb-çoxalması ilə mütənasib ola bilməz. Unutmayaq ki, müəllimin az maaş almağının cəzasını şagirdləriniz çəkməli deyil”.

Ekspertin sözlərinə görə, əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır:

“Mövcud fakt məktəbdə idarəetmənin normal olmadığını, şagirdlərlə işin düzgün qurulmadığını göstərir. Bu cür halların qarşısını almaq üçün təhsil müəssisələrində zorakılıq məlumatlılığının səviyyəsinin öyrənilməsi üçün sorğuların keçirilməli, bu sahədə maarifləndirmə işləri təşkil olunmalı, təhsil müəsisələrində işçi heyəti üçün “Stress and Anger Management” təlimlərinin keçirilməli, təhsil müəssisələrində şagirdlər üçün davranış və emosiyalar haqqında tamaşalar keçirilməlidir. Ümumiyyətlə, isə təhsil müəssisələrində zorakılığın olmaması üçün məktəblərə təlim - tərbiyə funksiyasını qaytarmaq və bunu müasir üsullarla icra etmək lazımdır. Hər ailədən müxtəlif dəyərlərlə gələn uşaqlar təhsil müəssisəsinin hər kəs tərəfindən qəbul olunmuş ümumi dəyərlərini qəbul etməli və o dəyərlərə uyğun hərəkət etməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az