Belə bir deyim var: “Dərd varsa, dərman da var”. Düzdür, dərman hədsiz çox olsa da, amma əsas məsələ dərdimizin dərmanının tapılmasıdır. Bu isə həkimlərin üzərinə düşür. Amma müalicənin yarısı da həkimə olan inamdan asılıdır. Bunun isə ölkəmizdə problem olduğu hər kəsin gözü önündədir. Son illər ölkəmizdə tibbi müəssisələr müasir təchizatlarla təmin olunublar. Bldiyimiz kimi, bir xəstəliyin dəqiq tapılması üçün xəstələr çoxsaylı aparatlar keçməli olur ki, bu da çox vətəndaşımızın imkanı xaricindədir. Bir faktı da qeyd edək ki, adətən bir neçə həkimin və müayinə aparatlarının nəticələrini tutuşdurub, xəstələr sonra müalicəyə gedirlər. Hətta bəzən xəstə inamsızlıqdan müayinələrə o qədər pul xərcləyir ki, müalicəyə pul da qalmır. Yaxud imkan daxilində müalicə üçün xarici ölkələri seçənlər də var. Amma ölkəmizdə yaxşı əməliyyatlar edən, müalicələr aparan həkimlər az deyil. Buna baxmayaraq, “Azərbaycanda həkim yoxdur” ifadəsi hələ də deyilir. Bu ifadəni işlətməklə, əlbəttə biz bu sahədə olan peşəkarların işini də kölgə altında qoymuş oluruq.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında Azərbaycan səhiyyəsində bir sıra problemlərin olduğunu diqqətə çatdırdı. O qeyd edib ki, bu cür problemlərin yaranmasının əsas səbəbi klinik protokolların olmaması ilə bağlıdır: 
“Klinik protokolların olmamasına görə, bəzən müxtəlif öz fəaliyyət ortaya çıxır. Bu da, müəyyən qədər müalicələrdə haqlı narazılıqlara səbəb olur. Bütün bunların çıxış yolu müalicə protokollarının tətbiq edilməsidir. Bundan sonra hər bir klinika buna nəzarət etməli və həkimlər də artıq həmin protokollar çərçivəsində hərəkət etməlidirlər. Bunun çıxış yolu dünyada budur və bizdə də bu olmalıdır”.
Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov isə qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda belə bir vəziyyətin yaranmasına səbəb həkim çatışmazlığı ilə bağlıdır: 
“Həkimlərə qarşı neqativ münasibəti cəmiyyətə hər yerdə, hər təbəqədən olan insanlarda görürük. Qeyd edim ki, bizdə bir həkim hər sahəyə baxır. Ancaq Qərb ölkələrində belə deyil. Məsələn, Qərb təbabətində həkimlərin yetişdirilməsi prinsipləri var. Bir sahənin mütəxəssisi konkret bir xəstəliyin diaqnozunu qoymaq, müalicə etmək üçün beynəlxalq protokolları öyrənir. Həmin ixtisası almış hansı həkimə getsən, onlar sizi eyni cür müalicə edəcəklər, qayda-qanunla. Amma Azərbaycanda vəziyyət tamam başqadır. Məsələn, bir yerin sınır, bizdə buna yalnız bir həkim baxır, amma digər ölkələrdə belə vəziyyətlə yalnız işinin peşəkarı məşğul olur. Hesab edirəm ki, bu sahədə ciddi işlərin görülməsinə ehtiyac var”.
Milli Məclisin deputatı Naqif Həmzəyev də məsələyə münasibət bildirib. O vurğulayıb ki, bu deyim əslində o istiqamətdə çalışan digər həkimlərin işini kölgə altında qoyur: 
Aynurə Pənahqızı Demokrat.az


