“Son zamanlar AMEA-nın prezideti Ramiz Mehdiyevin açıqlaması gündəmə çevrilib. Çox təəssüf ki, Azərbaycan Milli Elmlər Akademiyasına prezidentlik edən bir şəxsin respublikanın qanunverici orqanı olan Milli Məclisi və deputatlarını hədəf alıb. Mən bu çıxışları nə elm adına, nə də AMEA-nın adına yaraşdırıram. Düşünürəm ki, Azərbaycan elminə rəhbərlik edən şəxs bu formatda danışmamalıdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərovun sözlərinə görə, ümumiyyətlə artıq uzun müddətdir ki, AMEA-nın gözlə görünən naliyyəti və fəaliyyəti yoxdur: “Bu, çox güman ki, rəhbərliyin öz idarəçi səriştəsini itirməsindən də qaynaqlanır. Artıq sosial şəbəkələrdə vaxtilə Ramiz Mehdiyev tərəfindən sıxışdırılmış, fəaliyyətinə manelər qoyulmuş elm adamlarının şikayətlərini görürük. Doğrudur, bu mübarizə daha əvvəl başlamalı idi. Təəssüf ki, AMEA-nın cəmiyyətə elm adamı, akademik kimi təqdim etdiyi əksər simaların beynəlxalq aləmdə heç bir nailliyətləri yoxdur. Təəssüf yaradan başqa bir hal isə maneələrlə rastlaşıb, öz gücünü potensialını ortaya çıxarda bilməyənlərdir. Yaranmış vəziyyət nə qədər böhranlı olsa da, ondan çıxış yolu heç şübhəsiz, var. Bundan sonrakı inkişafına hədəflənmiş konkret nəticə verən islahatlar AMEA-da da aparılmalı, Azərbaycan elminin nüfuzu özünə qaytarılmalı, buna mane olan amillər aradan qaldırılmalıdır. İlk növbədə, bu gün elmin inkişafında başlıca əngələ çevrilmiş bütün qüvvələr istefa verməlidir. AMEA-dakı problemlər, gənclərin elmdən getməsi, doktorantura və aspiranturada yerlərin boş qalması və akademiyada yaranan intriqa elm adına ləkədir”.
Demokrat.az


