Sosial

Mənzildə yanğın oldu, bir nəfər zəhərləndi

Mənzildə yanğın oldu, bir nəfər zəhərləndi

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.

Bu barədəFövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Bildirilib ki, binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin bir otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az