ABŞ-ın F-15 qırıcıları bu gün Polşaya Lask aviabazasına enib. Bu barədə Polşanın Milli Müdafiə naziri Mariuş Blaşçak bildirib. Onun sözlərinə görə, ABŞ döyüş təyyarələri NATO-nun Hava Polisi missiyası çərçivəsində alyansın şərq cinahını gücləndirəcək.
NATO-nun Hava Polisi missiyası 2014-cü ildə Rusiyanın təcavüzündən sonra fəaliyyətə başlayıb.
Missiyaya görə, NATO-nun hərbi təyyarələri alyans ölkələrinin hava məkanının düşmən tərəfindən pozulmasına 7/24 cavab verməlidir./azpost.info


