Qarabağ

Şuşada "ASAN xidmət" mərkəzi açılacaq — VİDEO

Şuşada ASAN xidmət mərkəzi açılacaq — VİDEO

İndiyədək ''ASAN Xidmət''in fəaliyyətindən vətəndaşların məmnunluq əmsalı 99,5 faiz təşkil edib. Bu barədə danışan Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin rəhbəri Ülvi Mehdiyev həmçinin yeni planlardan bəhs edib. O, Şuşada ''ASAN Xidmət'' mərkəzinin açılması üçün hazırlıq işlərinə başlandığını bildirib.

''Şuşada "ASAN xidmət" mərkəzi açılacaq''. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Məqsəd işğaldan azad edilmiş ərazilərə köçürüləcək vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etməkdir.

2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi isə bu gündən fəaliyyətə başlayıb. Bu münasibətlə təşkil edilən mediaturda bildirilib ki, yeni mərkəz Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşa xidmət edəcək. Sayca 22-ci olan bu mərkəzdə işlə təmin olunanlar arasında Vətən müharibəsi qaziləri də var.

Mediaturun yekununda keçirilən mətbuat konfransında "ASAN xidmət"in 2021-ci ildəki fəaliyyətinə dair hesabat da təqdim edilib. Hesabatda agentliyə daxil olan müraciətlərin bölgüsü və digər statistik göstəricilər öz əksini tapıb.

D
demokrat.az