Gündəm

Blinkenlə fransalı nazir Qarabağı müzakirə etdilər

Blinkenlə fransalı nazir Qarabağı müzakirə etdilər

ABŞ dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv Le Drianın telefon danışığı olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, tərəflər telefon danışığında Qarabağ məsələsini müzakirə ediblər.

“Onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsindən irəli gələn və ya onunla bağlı məsələlərin həllində Ermənistan və Azərbaycana kömək etmək üzrə davam edən səylərini müzakirə ediblər”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

D
demokrat.az