İnfrastruktur

Bu rayonlarda su olmayacaq

Bu rayonlarda su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Demokrat.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Demokrat.az

D
demokrat.az