Hadisə

Məktəbdə şagirdi “tok” vurub öldürdü

Məktəbdə şagirdi “tok” vurub öldürdü

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərəyanı vurub.

Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az