Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Demokrat.az-averilən məlumata görə, qəza Xocavənd rayonu ərazisində baş verib.
Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.
Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək.
Demokrat.az


