Hadisə

Gəncədə inzibati binada yanğın başlayıb

Gəncədə inzibati binada yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

D
demokrat.az