Gündəm

Aİ komissarı Hikmət Hacıyevlə görüşüb — FOTO

Aİ komissarı Hikmət Hacıyevlə görüşüb — FOTO

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Oliver Varhelyi bu barədə özünün "Twitter" hesabında bildirib.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Eyni zamanda, Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik", - deyə komissar əlavə edib.

D
demokrat.az