Hadisə

Ana və azyaşlı qızı dəm qazından zəhərləndi

Ana və azyaşlı qızı dəm qazından zəhərləndi

Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 1988-ci il təvəllüdlü Aslanova Ramilə Rafiq qızı və onun 5 yaşlı övladı Aslanova Məryəm Ceyhun qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

D
demokrat.az