Gəncədə bədbəxt hadisə baş verib.
Demokrat.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən beşmərtəbəli binada qeydə alınıb.
2006-cı il təvəllüdlü E.Rəfiyeva yaşadığı evin eyvanında paltar asan zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.(apa.az)


