Hadisə

Bakıda iki körpə dəm qazından zəhərləndi

Bakıda iki körpə dəm qazından zəhərləndi

Bakıda bir ailənin iki körpə dəm qazından zəhərlənib.

Demokrat.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Əmircan qəsəsində 2019-cu il təvəllüdlü Talıbzadə Yağmur Ülvi qızı və 2021-ci il təvəllüdlü Talıbzadə Dəniz Ülvi qızı yaşadıqları evdə dəm qazından zəhərlənənlər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az