Bakıda 12 yaşlı yeniyetməni avtomobil vuraraq ayağını sındırıb.
Demokrat.az xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Sultanova Mənsuməxanım Ramil qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)


