Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz mühüm rolunu oynayıb. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir. Müasir Azərbaycanda tolerantlıq daha da möhkəmlənən, təkcə bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir. Sirr deyil ki, Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. Bildiyimiz kimi, qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində dünyanın geosiyasi arenasında ciddi dəyişikliklər baş verir. Belə bir şəraitdə ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir. Bu mühüm məsələ də ölkəmizdə diqqət mərkəzindədir. Etiraf edək ki, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin yetərincə inkişaf etdirilməsi dünya səviyyəsində yetərincə dəstəklənmir.
Mövzu ilə bağlı fikirlərini "Demokrat.az"a bölüşən Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov bildirib ki, Azərbaycan tolerantlıq baxımından dünyaya bir nümunədir, bir məktəbdir:
“Əslində, tolerantlıqla bağlı nə vaxtsa Azərbaycanda mövcud olan dövlət başçılarından birinin dekreti olmayıb. Bu tolerantlıq xalqın xarakterindən, dünyəvi və dini dəyərlərindən irəli gəlir. Tarix boyu Azərbaycan xalqı əl uzatmaqla, xeyirxahlıqla diqqəti cəlb edib. Nağıllarında da, dastanlarında da, hətta tarixi həqiqətlərində də belədir. Kimin problemi, ağrılı həyatı olubsa, kim xoş gün görmək üçün bu əraziyə gəlibsə, həm sadə xalq tərəfindən, həm də ali zümrə tərəfindən onlara kömək əli uzadılıb. Ona görə də, bu gün açıq bir dini-dünyəvi xəritə var. Görün, Azərbaycanda dini bizim dilimizdən olmayan nə qədər xalqlar, millətlər yaşayır. Heç vaxt yuxarıdan-aşağı onlara baxılmayıb, həmişə əziz tutulub və hələ bir qonağımızdır deyə, onlara daha yaxşı baxmışıq. Həmçinin, ən yağlı tikəmiz də, ən rahat yerimiz də onlara verilib. Hətta, dövlət səviyyəsində, vəzifə baxımından da o insanların heç bir problemi olmayıb, bu gün də yoxdur. Yəni, Azərbaycan xalqı bir xalq olaraq, yaşadığı ərazidə bu gündən dünənə qədər olan dövrlərdə dövlət səviyyəsində bu insanlar qorunub. 
Tanınmış jurnalist, dini yazar Kənan Rövşənoğlu isə bildirib ki, Azərbaycandakı tolerantlıq bir sıra amillərlə əlaqədardır. O, qeyd edib ki, birincisi və ən mühümü Azərbaycanda tarixən fərqli din və məzhəblərin yaşaması, bunun nəticəsində isə insanlar arasında dini dözümlülük ənənəsinin yaranmasıdır: 
İlahiyyatçı Hacı Atif İsmayılov isə saytımıza açıqlamasında vurğulayıb ki, ümumən İslam dini hər bir sahədə insanları sülhə, barışa və qardaşlığa dəvət edir:
“Eyni zamanda, din də daxili tolerantlıq mühitinin zəruri olduğu bildirilir. Din xarici, burada hətta müsəlman olmayan millətləri nəzərə alaraq, hər zaman vəhyin tövsiyələrində bunun şahidi oluruq. Daha dəqiq desək, insanlıq anlamı dində çox önəmli faktor hesab edilir. İnsan varsa, kimliyindən, milli və irqi mənsubiyyətinə fərq qoymadan onun haqqına riayət olunmasını zəruri hesab edir. 
Aynurə Pənahqızı Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


