Gündəm

İşdən azad olunanların tibbi sığortası qüvvədən düşmür — RƏSMİ

İşdən azad olunanların tibbi sığortası qüvvədən düşmür — RƏSMİ

“İşdən azad olunan şəxslərin tibbi sığortası qüvvədən düşmür”.

Bunu Demokrat.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.

O, vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı - işsiz və ya işləyən, fərq etmir, hər kəs sığortaolunan hesab edilir: “Bütün dövlət xəstəxanalarında icbari tibbi sığorta keçərlidir və hər bir vətəndaşımız bundan yararlana bilər”.

Qurum rəsmisi ölkədə yalnız 1.7 milyon vətəndaşımızın sığorta haqqı ödədiyini qeyd edib: “Amma, bununla belə 2024-cü ilədək Azərbaycanda bütün vətəndaşlar sığortalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az