Hadisə

"Bibiheybət”dən şəhərə tərəf bu yolda təmir-bərpa işləri gedir — FOTO

Bibiheybət”dən şəhərə tərəf bu yolda təmir-bərpa işləri gedir — FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir.

Təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir.

İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa ediləcək.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

D
demokrat.az