Sosial

Gələn ay üçün Ümrə ziyarətinin tarixləri açıqlandı

Gələn ay üçün Ümrə ziyarətinin tarixləri açıqlandı

Yanvarın 13-dən 20-nə qədər olan Ümrə ziyarəti başa çatıb.

Demokrat.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, fevral ayında daha üç Ümrə ziyarətinin həyata keçiriləcəyi gözlənilir: “Fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 3-ü, 10-u və 17-də baş tutması nəzərdə tutulub”.

Qeyd edək ki, pandemiyadan sonra Azərbaycandan ilk zəvvar qrupu Ümrə ziyarətini 2021-ci il dekabrın 2-dən 9-na qədər həyata keçirib.(apa.az)

D
demokrat.az