Gündəm

Adil Əliyev 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Adil Əliyev 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Milli Məclis sədrinin müavini Adil Əliyev 20 Yanvar faciəsi ilə bağlı Facebook səhifəsində paylaşım edib.

Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:

"20 Yanvar Şəhidləri dünənimizi sabahımıza bağladı. Onların dəfni zamanı dünənimiz olan 1918-ci il şəhidlərimizin məzarları aşkar edildi, tarixi yaddaşımız oyandı. Zəfər dolu sabahımızın - Şuşanın işğaldan azad edilməsinin müjdəsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına 2020-ci il 8 noyabrda məhz müqəddəs məkanımız olan Şəhidlər Xiyabanından çatdırdı.

20 Yanvar şəhidlərini ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət etsin!".

Demokrat.az

D
demokrat.az