Gündəm

“Koronavirusun əsas periodu arxada qalıb” — HƏKİM

“Koronavirusun əsas periodu arxada qalıb” — HƏKİM

“Azərbaycanda koronavirusa yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım insanlar müəyyən qədər rahatlaşması ilə əlaqədardır”.

BunuYenisabah.az-a açıqlamasındahəkim Seyfəddin Əsəddeyib.

“Mən elə düşünürəm. Müşahidə etmişəm ki, onlar tədbirlərdə, ya da işdən çıxanda öpüşüb-görüşür, qucaqlaşırlar. Bu düzgün deyil. Belə olmaz. Hamıya deyirəm, məgər ölənləri görmürsünüz?!

İnsanlar özləri-özlərinə, ailələrinə, hətta dövlətə problem yaradırlar. Görünən odur ki, çox rahatlaşıblar”, - deyə o əlavə edib.

S.Əsədin sözlərinə görə, bu kimi hallar yoluxma sayının artmasına səbəb olacaq:

“Əgər qapanmanı istəmiriksə, qaydalara riayət etməliyik. Xüsusən, sosialməsafə çox şeyi həll edir.

Koronavirusun əsas periodu demək olar ki, arxada qalıb. Bir həkim kimi xahiş edirəm ki, məsafəni gözləyin. Qoyun azad həyatımızı yaşayaq”.

D
demokrat.az