Qatı milliyətçi-şovinist mövqeyi ilə tanınan Beqlaryan tvitter hesabında iddia edib ki, Sovet hakimiyyətinin son illərində Bakıda ermənilər kütləvi şəkildə öldürülüb. Erməni şovinist izləyicilərini aldatmağa çalışıb ki, 14 yanvar Bakıdakı ermənilərin azərbaycanlılar tərəfindən soyqırıma məruz qalınmasının 32-ci ildönümüdür. Beqlaryan daha da irəli gedərək, Bakıda 1990-cı il yanvarın 20-də rus qoşunları tərəfindən öldürülən soydaşlarımızın fotolarını da paylaşıb və onların azərbaycanlılar tərəfindən öldürülən ermənilər olduğunu deyib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycan ərazilərinə ermənilər köçürüləndən və oyuncaq dövlət qurulandan bu yana saysız-hesabsız erməni yalanları, erməni hiylələri və onların məkrli siyasətinin şahidiyik:
“Tarix dəyişir, zaman dəyişir, amma erməni siyasəti dəyişmir. Qeyd edim ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə onların özləri haqqında yaratdıqları mifi, yalanı, hiyləni darmadağın etdi. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz onları diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənilər zaman-zaman dünya birliyi xalqlarını aldatmağa çalışıblar. Qalaq-qalaq yalançı kitablar nəşr ediblər, yazılar yazıblar, sənədli filmlər çəkiblər və bunların yayılmasını təmin ediblər. Bir çox hallarda təəssüf ki, bir qrup insanlar, hətta dövlətlərin siyasətinə də bunu təlqin etməyə nail olublar. Amma son illərdə Azərbaycanın apardığı xarici siyasət bunları da darmadağın edib, artıq dünya bilir ki, erməni kimdir. İlk siyasi terrorla məşğul olan erməni milliyyətçiləridir. Türk diplomatlarını qətl edən, terrora məruz qoyan da erməni millətçiləridir”.
V.İskəndərov qeyd edib ki, bu gün ermənilər arasında 44 günlük zəfərimizdən hələ də nəticə çıxarmayan şovinistlər var:
“Köçəryan-Sarkisyan cütlüyü və onun ətrafının tör-töküntüləri hələ də qalmaqdadır. Bu toplum uşaqlıqdan həm kilsələrinin, həm tarixçilərinin uydurma yazdıqlarından zəhərlənmiş bir toxuma çevriliblər ki, bunlar da zaman-zaman özünü göstərməkdədir. Təbii ki, Beqlaryan da onlardan biridir. O, hər dəfə Azərbaycan tərəfinə şər-böhtan ataraq, izləyicilərini, oxucularını çaşdırmağa çalışıb. Belə ki, o, 14 yanvarda Bakıda guya ermənilərin kütləvi şəkildə öldürülməsini və hətta bir az irəli gedərək, yəni insanlığa sığışmayan bir hərəkətlərə əl ataraq, 20 Yanvarda şəhid olmuş azərbaycanlıların şəkillərini paylaşaraq onları Azərbaycan tərəfindən öldürülmüş ermənilər kimi qələmə verib. Bununla biz həyasızlığın sonu olmamasının bariz nümunəsini görürük. Əlbəttə ki, bütün bunların hər biri artıq boşa edilən cəhdlərdir. Bunu edənlər yalnız həmin xəsəyə düçar olmuş şovinist ermənilər, onların tör-töküntüləridir. Dünya həqiqətin kimin tərəfində olduğunu yaxşı görür, onların xarici ölkələrdəki lobbilərinin fəaliyyətini, onların cinayət qruplarını çox yaxşı görür. Ermənilər tərəfindən siyasilərə, diplomatik nümayəndlərinə edilən terror hədələrini yaxşı görür və s. Əlbəttə ki, bunların hər biri ermənilər tərəfindən həyata keçirilir. Ermənilər bilsinlər ki, artıq dünyanı belə boş və mənasız yalanlarla aldatmaq mümkün deyil”.
Aynurə Pənahqızı


