Paşinyan Serj Sarkisyanın kürəkəninin qardaşına vəzifə verdi

REGİON 13 yan 2022, 17:30
Ermənistanın Baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini postuna Qriqor Minasyanın təyin olunması barədə qərar imzalayıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, müvafiq qərar Ermənistan Ədliyyə Nazirliyinin saytına yerləşdirilib.

Qriqori Minasyan 2009-2010-cu illərdə Ermənistan Ədliyyə Nazirliyinin aparatında idarə rəisi və Nazirlik yanında ədliyyə kollecində müəllim kimi çalışıb.

O, 2011-ci ildən Ermənistanın Avropa Publik Hüquq Təşkilatında (EPLO) rəsmi nümayəndəsi olub.

Xatırladaq ki, Qriqor Minasyan sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın İtaliyada sabiq səfiri və hazırda İtaliyada mühacirətdə yaşayan Mikael Minasyanın qardaşıdır.

Mikael Minasyan Paşinyanın ən radikal əleyhdarı sayılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top