“Tarixin ironiyalarından biri də odur ki, Qazaxıstana KTMT qoşunlarını Paşinyan göndərir”

GÜNDƏM 06 yan 2022, 13:03
"Kasım Jomart Tokayev öz hüquqları uğrunda, avtoritar idarəçiliyə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə qalxan qazax xalqını dinləmədi. Ölkənin əksər iri şəhərlərində qazax dilində şüarlar səsləndirib haqlarını tələb edən xalqına ilk gündən rus dilində cavab verdi. Öz xalqına qarşı xaricdən hərbi güc dəvət etməklə isə onsuz da böyük sual altında olan legitimliyini tamamilə itirdi".

Demokrat.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, Qazaxıstanda mövcud olan böhranı daha da dərinləşdirib: "Tarixin ironiyalarından biri də odur ki, Qazaxıstana, qazax xalqının üzərinə KTMT qoşunlarını Nikol Paşinyan göndərir... Amma bu son deyil. Baş verənlər postsovet məkanında yeni bir eranın başlanğıcıdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top