“Turkovac” “Omikron”a qarşı müdafiəni təmin edir

GÜNDƏM 03 yan 2022, 21:47
“Turkovac” vaksini koronavirusun “Omikron” variantına qarşı müdafiəni təmin edir.

Bunu Türkiyə Peyvənd İnstitutunun prezidenti və Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü professor doktor Ateş Kara bəyan edib.

O qeyd edib ki, hazırda dünyada sürətlə yayılan ştamm Türkiyədə də qeydə alınıb. “Omikron”un digər variantlardan daha təsirli olduğunu vurğulayan Kara, onun çox sürətlə yayılaraq xəstələrin sayının kəskin artmasına səbəb olduğunu vurğulayıb. Alim həmçinin “Turkovac” peyvəndinin effektivliyi ilə bağlı araşdırmaların intensiv şəkildə davam etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top