Altı kəndi birləşdirən palçıqlı yol — VİDEO

SOSİAL 03 yanvar 2022, 14:08
Masallıda altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir. 

Baku TV xəbər verir ki, rayonun Təklə kəndində əsas yolun asfalt örtüyü dağılıb. Dörd ildən çoxdur ki, 3000-ə yaxın sakin yayda toz, qışda isə palçıqlı yollardan istifadə etmək məcburiyyətində olurlar. 

Sakinlər bildirir ki, yolların təmiri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab ala bilməyiblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun yenidən qurulması dövlət proqramına salınıb. 59 km-lik yolun yenidən qurulması ilə bağlı maliyyə vəsaiti ayrılan kimi agentlik tərəfindən işlər başlanacaq.

Ətraflı süjeti təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top