Koronavirus xəstəsi ictimai yerdə aşkar edildi

SOSİAL 31 dek 2021, 21:32

Dekabrın 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 4 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top