Hadisə

Abşeronda avtomobilin vurduğu gənc komaya düşdü

Abşeronda avtomobilin vurduğu gənc komaya düşdü

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, yolu keçən 1996-cı il təvəllüdlü Nəsirov Nazir İltifat oğlunu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş-beyinin ağır dərəcəli əzikləri və bədənin müxtəlif nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub. Yaralıda komatik vəziyyət müşahidə olunur.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az