Çində koronavirusa yoluxma ən yüksək həddə çatdı

DÜNYA 26 dek 2021, 17:45

Çində koronavirusa yoluxma sayı cari li ərzində ən yüksək həddə çatıb.

Ötən sutka ərzində ölkədə 235 yeni yoluxma hadisəsi qeydə alıb ki, bu da 2021-ci il yanvarın 20-də Çinin şimalında və şimal-şərqində infeksiya ocağının aşkarlanmasından bəri ən yüksək göstəricidir.

Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin bazar günü dərc etdiyi məlumatlara əsasən, yeni yoluxanlardan 76-sı xarici ölkələrdən gəlib.

Xəstələrdən 206 nəfərində hərarət, öskürək və halsızlıq müşahidə olunur, qalan 29 nəfər isə asemptomatik daşıyıcıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top