İranda daha 52 nəfər koronavirusdan öldü

SOSİAL 26 dek 2021, 14:30

İranda ötən sutka ərzində 1 857 nəfər koronavirusa (COVID-19) yoluxub, 52 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 400 nəfərə, yoluxanların sayı isə 6 184 762 nəfərə çatıb. Virus daşıyıcılarından 2 774 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 026 378 nəfər koronavirusdan sağalıb, 41,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 116 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 5,92 milyon təşkil edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top