“Taliban” avtomobillərdə musiqi səsləndirilməsinə qadağa qoydu

DÜNYA 25 dek 2021, 16:44
Əfqanıstanda "Taliban" hökuməti avtomobillərdə musiqi səsləndirməyə, habelə hicabsız qadınların avtomobilə mindirilməsinə qadağa qoyub.

“Report” “Kabul News”a istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının yaratdığı Fəzilətin Təşviqi və Əxlaqsızlığın Kökünün Kəsilməsi Nazirliyi sürücülərə yazılı tövsiyə göndərib.

Bu ilin avqust ayında hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən “Taliban” qatı şəriətçi rejim yaradaraq qadınların ictimai həyatını məhdudlaşdırmaq, habelə musiqini ictimai yerlərdən yığışdırmaq istiqamətində məqsədyönlü addımlar atır.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top